11 
Sen
2023
14:34
372

Prezidentə qarşı Konstitusiya Məhkəməsinə təqdim ediləcək impiçment ərizəsini parlament çoxluğunun 80 deputatı imzalayır

Prezident Salome Zurabişviliyə qarşı Konstitusiya Məhkəməsinə təqdim olunacaq impiçment ərizəsini parlament çoxluğunun 80 deputatı imzalayır.

InterPress.ge xəbər verir ki, Parlamentin Prosessual Məsələlər və Reqlament Komitəsi Konstitusiya Məhkəməsinə göndəriləcək təqdimata əlavə olunacaq imzaların həqiqiliyini təsdiqləyib.

Hakim komandanın Zurabişviliyə qarşı impiçment prosesinin başlamasına əsas prezident Salome Zurabişviliyə hökumətin razılıq vermədiyi xarici səfərləri olub.

Sentyabrın 1-də “Gürcü arzusu” partiyasının siyasi şurasının iclasında prezidentin impiçmenti məsələsi qərara alınıb.

Konstitusiya Məhkəməsinə rəy hazırlamaq üçün bir ay müddət verilir.

Qeyd edək ki, məhkəmənin müsbət nəticə verəcəyi təqdirdə prezidentin vəzifədən kənarlaşdırılması üçün 100 deputatın səsi lazımdır.

Bizimlə əlaqə saxlayın