
Baş nazir: "ikinci rübdə birbaşa xarici investisiyalar 30% artıb"
"İkinci rübdə bizdə birbaşa xarici investisiyalar 30% artıb ki, bu da 505 milyon dollar təşkil edib. İlk 6 ayda 1 milyard dollardan çox vəsait daxil olub ki, bu da əvvəlki illə müqayisədə 10% çoxdur, 2019-cu illə müqayisə etsək, bu həcm 88% çoxdur".
InterPress.ge xəbər verir ki, bu barədə İrakli Ğaribaşvili hökumət iclasında bildirib.
Baş nazirin sözlərinə görə, bu bir daha onu göstərir ki, Gürcüstanda hökumətin düzgün siyasəti nəticəsində proqnozlaşdırıla bilən mühit yaradılıb.
“Keçən il biz rekord səviyyədə birbaşa xarici investisiyaya nail olduq. Birbaşa xarici investisiyalar ən yüksək həddə çatmışdır. Ötən il iki milyard dollardan çox vəsait daxil olub. Bu il də ilə çox yaxşı başladıq. İkinci rübdə bizdə birbaşa xarici investisiyalarda demək olar ki, 30% artım var ki, bu da ikinci rübdə 505 milyon dollar təşkil edib.Ümumilikdə ilk altı ayda, yəni yanvar-iyun aylarında birbaşa xarici investisiyalar şəklində 1 milyard dollardan çox vəsait daxil olub, bu, əvvəlki illə müqayisədə 10% çoxdur və 2019-cu illə müqayisə etsək, bu həcm 88% çoxdur.
Təbii ki, bu bizi çox sevindirir, bir daha göstərir ki, hökumətimizin düzgün siyasəti nəticəsində burada proqnozlaşdırıla bilən mühit yaradılıb. İnvestorlar pullarını Gürcüstana qoyurlar. Onlar yaradılmış bu mühitə inanırlar, sabitliyə, davamlılığa və ümumiyyətlə proqnozlaşdırıla bilənliyə inanırlar və bu, çox sevindiricidir. Ümumiyyətlə, çox yaxşı haldır ki, iqtisadiyyata daha çox investisiya qoyulur. Onu da qeyd etmək istərdim ki, ikinci rübdə ölkə üzrə ən böyük investisiya Böyük Britaniyadan gəlib. Əsas investisiya birinci rübdə olduğu kimi Avropadan gəlib və ölkəyə xarici kapitalın gəlməsi bizi çox sevindirir. Bu, dönə-dönə göstərir ki, ölkədə sabitlik var və onlar bizim son 10 ildə biznes üçün yaratdığımız rəqabətli, azad və şəffaf mühitə inanırlar”, - deyə İrakli Ğaribaşvili bildirib.