Ölkədə gözlənilən hava şəraiti açıqlandı - Bu tarixdə yağış yağacaq
Sentyabrın 12-13-də Gürcüstanın şərqində bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.
Tbilisidə sentyabrın 13-də yağıntı olmayacaq, sentyabrın 12-də isə yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +20, +22 dərəcə təşkil edəcək.
Sahil rayonlarında (Batumi, Kobuleti, Poti): 11-12 sentyabr, əsasən, yağıntısız, sentyabrın 13-də qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gün ərzində havanın temperaturu +23, +25 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın aran rayonlarında (Kutaisi, Zuqdidi, Martvili, Ozurqeti) sentyabrın 11-12-də əsasən yağmursuz keçəcək, sentyabrın 13-də qısamüddətli yağış yağacaq, şimşək çaxacaq. Gün ərzində havanın temperaturu +24, +26 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo) sentyabrın 11-də əsasən yağmursuz keçəcək, sentyabrın 12-13-də qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gün ərzində havanın temperaturu +20, +22 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro) sentyabrın 11-də əsasən yağıntısız keçəcək, sentyabrın 12-13-də qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gün ərzində havanın temperaturu +14, +16 dərəcə təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali) sentyabrın 11-də və 13-də yağıntı yoxdur, sentyabrın 12-də arabir yağış yağacaq. Gün ərzində havanın temperaturu +20, +22 dərəcə təşkil edəcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro) sentyabrın 11-də yağıntı olmayacaq, sentyabrın 12-13-də arabir yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Gün ərzində havanın temperaturu +20, +22 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsix, Borjomi, Duşeti, Tianeti, Fasanauri) sentyabrın 11-də yağıntı olmayacaq, sentyabrın 12-13-də isə fasilələrlə yağış yağacaq. Gün ərzində havanın temperaturu +18, +20 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo) sentyabrın 11-də yağıntı yoxdur, sentyabrın 12-13-də arabir yağış yağacaq. Gün ərzində havanın temperaturu +12, +14 dərəcə təşkil edəcək.