12 
Sen
2023
14:25
308

Ölkə üzrə həyata keçirilən xüsusi əməliyyatla bağlı açıqlama verildi

Tbilisinin Poniçala qəsəbəsində keçirilən xüsusi əməliyyat çərçivəsində hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik cinayəti törətməkdə ittiham olunan bir nəfəri saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Mərkəzi Kriminal Polis Departamentinin direktoru Teymuraz Kupatadze məlumat verib və qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik cinayətləri ittihamı ilə 32-si narkotik alverçisi olmaqla ümumilikdə 41 nəfəri saxlayıblar:

“Tədbir bütün ölkədə keçirilir. Hakimin qərarına əsasən, artıq 10-dan çox şəxs saxlanılıb, lakin saxlanılanların sayının artması gözlənilir. Həmin şəxslərlə nəzarət alış-verişi bir neçə mərhələdə həyata keçirilib, həmçinin sözügedən alışın audio-video çəkilişi aparılıb.

Müxtəlif növ narkotik vasitələr, narkotik vasitələrin satışından əldə edilən pullar götürülüb, müxtəlif ölkələrin vətəndaşları tutulub.

Xüsusi əməliyyat Rustavi, Kutaisi, Tbilisi və müxtəlif regionlarda keçirilir. Konkret olaraq, Poniçalada bir nəfər saxlanılıb, miqdarı indiki mərhələdə müəyyən edilməyən narkotik vasitələr götürülüb. Bunu ekspertiza müəyyən edəcək”, - Teymuraz Kupatadze bildirib.

 

 

Bizimlə əlaqə saxlayın