
Bu gün Gürcüstanda hava necə olacaq? - PROQNOZ
Sentyabrın 13-də Gürcüstanın şərqində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.
Tbilisidə sentyabrın 13-də yağıntı olmayacaq, sentyabrın 14-də isə yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +20, +22 dərəcə təşkil edəcək.
Sahil rayonlarında (Batumi, Kobuleti, Poti): sentyabrın 13-də qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gün ərzində havanın temperaturu +23, +25 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın düzənlik rayonlarında (Kutaisi, Zuqdidi, Martvili, Ozurqeti) sentyabrın 13-də qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gün ərzində havanın temperaturu +24, +26 dərəcə təşkil edəcək.
Sentyabrın 13-də qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gün ərzində havanın temperaturu +20, +22 dərəcə təşkil edəcək.