
BMT-nin inkşaf proqramının dəstəyi ilə Marneulidə fəaliyyət göstərən gənc müəllimin kitabxanasının açılışı keçirilib
BMT-nin inkşaf proqramının dəstəyi ilə Marneulidə fəaliyyət göstərən gənc müəllim Elvir Həsənoğlunun təsis etdiyi "Sophopolis" təşkilatının kiçik kitabxanasının açılışı olub.
InterPress.ge xəbər verir ki, açılış tədbirində BMT-nin inkşaf proqramı üzrə nümayəndələri və gənclər iştirak ediblər.
Tədbirdə iştirak edən BMT-nin inkişaf proqramının "LEAD" layihəsinin rəhbəri Lela Akiaşvili gənclər qarşısında çıxış edib və o, BMT-nin dünyada, həmçinin Gürcüstandakı fəaliyyəti barədə məlumatlar verib. Görüş daha sonra diskusia formatında dəvam edib.
Qeyd edək ki, BMT-nin inkşaf proqramının dəstəyi ilə sözügedən kitabxanaya stol və stullar, kompüter, proektor və printer avadanlıqları təqdim olunub.
Məlumat üçün bidlərk ki, Elvir Həsənoğlu artıq bir neçə ildir ki, "Riyaziyyat Mərkəzi"nin təməlini qoyub.