
ABŞ Dövlət Departamentinin sözçüsü: “ Heç bir fərdi sanksiyalar Gürcüstanla münasibətlərə baxışımızı dəyişməyəcək“
Metyu Miller ABŞ tərəfindən Gürcüstana tətbiq edilmiş sanksiyalar barədə bəyanat yayıb.
InterPress. ge xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə çıxışı zamanı danışıb.
“Biz bu gün 150-dən çox şəxsə və şirkətə sanksiya tətbiq etmişik və mən bu sanksiyaların heç biri haqqında tam ətraflı danışa bilmərəm. Mən sizi bu gün dərc etdiyimiz, Xəzinədarlıq Departamentinin dərc etdiyi məlumata yönəldəcəyəm... Deyim ki, biz gürcü xalqı və onun beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində azad və suveren ölkə olmaq istəyi ilə həmişə həmrəy olmuşuq. Və son 30 il ərzində biz Avro-Atlantik ailənin tam inteqrasiya olunmuş üzvü kimi Gürcüstanın ümumi baxışı istiqamətində çalışaraq strateji tərəfdaşlara çevrilmişik. Və heç bir fərdi sanksiyalar bizim münasibətlərə baxışımızı dəyişdirmir”, - Miller bildirib.