16 
Sen
2023
13:36
566

Muxrana, Balaxauri, Naxiduri və Xidiskuri kəndlərində kənd təsərrüfatı sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılıb

Kvemo Kartli əhalisinə bərpa olunmuş suvarma sistemi xidmət göstərir.

InterPress.ge xəbər verir ki, “Sakartvelos Meliorasiya” MMC Bolnisi bələdiyyəsində suvarma kanalının bərpasını həyata keçirib.

Görülən işlər nəticəsində Muxrana, Balaxauri, Naxiduri və Xidiskuri kəndlərində 755 hektar kənd təsərrüfatı sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılıb.

Layihə çərçivəsində kanalın 4,2 kilometrlik hissəsinə dəmir-beton üzlük döşənib, drenaj konstruksiyaları düzülüb, piyada və avtomobil keçidləri düzəldilib.

İşlərin qiyməti 1.670.000 lari tutub.

“Sakartvelos Meliorasiya” MMC-nin baş direktoru Tamaz Mqebrişvili yerli icra hakimiyyətinin nümayəndələri ilə birgə suvarma sistemində görülən işlər və suvarma prosesi ilə tanış olub.

Hazırda Kvemo Kartlidə 30 milyon lari dəyərində infrastrukturun təkmilləşdirilməsi layihələri davam etdirilir, bu layihələr başa çatdıqdan sonra 3 min hektar kənd təsərrüfatı sahəsi müntəzəm suvarılacaq, 10,5 min hektarda isə su təchizatı yaxşılaşdırılacaq.

Bizimlə əlaqə saxlayın