
Patrul polis əməkdaşları narkotik cinayətlərinə görə bir nəfəri saxlayıblar
Daxili İşlər Nazirliyinin Patrul Polis İdarəsinin əməkdaşları Tbilisi şəhərində qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi və saxlanılması, habelə satılması faktları üzrə Rusiya Federasiyası vətəndaşı, 1995-ci il təvəllüdlü İ.F.-ni tutublar.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.
Məlumata görə, cinayət 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
“İstintaq zamanı müəyyən edilib ki, patrul polisi əməkdaşları İ.F.-ni yoxlama məqsədi ilə saxlayıb, onun şəxsi yoxlaması zamanı 244 bükümdə narkotik vasitə maddi sübut kimi götürülüb.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində əlavə olaraq 998,87 qram narkotik maddə aşkar edilərək götürülüb, müəyyən olunub ki, onun bir hissəsi təqsirləndirilən şəxs tərəfindən mühafizə olanan yerdə saxlanılıb, bir hissəsi isə sonrakı satışı üçün konkret yerdə yerləşdirilib.
İstintaq Cinayət Məcəlləsinin 260-1 və 18-260-4-cü maddələri ilə aparılır”, - məlumatda deyilir.