"Düşmən Şuşada Azərbaycan Ordusunun mövqelərini atəşə tutub"
InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
“Sentyabrın 17-də saat 15:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin Şuşa istiqamətində yerləşən mövqelərini artilleriya silahlarından da istifadə etməklə bir neçə dəfə atəşə tutub"- deyə məlumatda bildirilib.
Nazirliyin məlumatına görə, Azərbaycan ordusunun bölmələri sözügedən istiqamətdə adekvat cavab tədbirləri həyata keçirir.
