Yaxın günlərdə Gürcüstanda dəyişkən hava şəraiti hökm sürəcək
Milli Ətraf Mühit Agentliyi sentyabrın 18-20-də Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.
InterPress.ge xəbər verir ki, sinoptiklərin məlumatına görə, ölkənin bəzi rayonlarında, o cümlədən Tbilisidə yağış və dolu yağacağı, Gürcüstanın qərbində isə yağmursuz hava şəraiti gözlənilir.
“Sentyabrın 19-20-də Qərbi Gürcüstanda hava yağmursuz keçəcək, havanın temperaturu +25, +30 dərəcəyə yüksələcək. Sentyabrın 18-19-da Şərqi Gürcüstanda bəzi yerlərdə yağış yağacağı, dolu düşəcəyi, sentyabrın 20-də havanın isti və yağmursuz keçəcəyi gözlənilir.
Paytaxt Tbilisidə sentyabrın 18-19-da yağış yağacağı, sentyabrın 20-də isə havanın isti və yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +23, +25 dərəcə təşkil edəcək.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): sentyabrın 18-də qısamüddətli yağış yağacağı, sentyabrın 19-20-də havanın isti və yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +26, +28 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın düzənlik rayonlarında (Kutaisi, Zestafoni, Zuqdidi, Martvili, Ozurqeti): hava isti, əsasən yağmursuz keçəcək. Havanın temperaturunun gün ərzində +28, +30 dərəcə isti olacağı gözlənilir.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo): sentyabrın 18-də qısamüddətli yağış yağacağı, sentyabrın 19-20-də havanın isti və yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +24, +26 dərəcə təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): sentyabrın 18-19-da yağış yağacağı, sentyabrın 20-də isə havanın isti və yağmursuz keçəcəyi, havanın temperaturu gün ərzində +23, +25 dərəcə isti təşkil edəcək”- deyə məlumatda bildirilir.