19 
Sen
2023
10:14
78

İlya Darçiaşvili ATƏT-in baş katibi ilə görüşüb

Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində ATƏT-in baş katibi Helqa Şmidt ilə görüş keçirib.

InterPress.ge xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə tərəflər ATƏT ilə əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər.

 “O, Gürcüstanın təşkilatın hər üç ölçüsündə uğurlu iştirakını, həmçinin ayrı-ayrı institutlar və baş katib ilə fəal əməkdaşlığı qeyd edib. Nazir Gürcüstan məsələsini ATƏT çərçivəsində yüksək səviyyədə saxladığına görə təşkilata və baş katibə təşəkkür edib.

Görüşdə tərəflər Gürcüstanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı da məlumat mübadiləsi aparıblar. Münaqişənin sülh yolu ilə həlli istiqamətində dövlət siyasətinə dəstək bir daha təsdiqlənib. Nazir münaqişə nəticəsində ayrılmış əhali arasında barışıq və etimadın bərpası prosesində ATƏT-in mühüm rolunu vurğulayıb", - deyə bildirilib.

 

Bizimlə əlaqə saxlayın