Rusiyanın İrəvandakı səfirliyinin binası yaxınlığında etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma başlayıb.
InterPress.ge xəbər verir ki, mətbuatın məlumatına görə, diplomatik nümayəndəliyin binası yaxınlığında toplaşan etirazçılar Rusiya tərəfini Qarabağdakı vəziyyətin nizamlanması üçün lazımi tədbirlər görməyə çağırıblar.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi Qarabağda konstitusiya quruluşunun bərpası üçün lokal antiterror tədbirlərinin həyata keçirildiyini açıqlayıb.
