InterPress.ge xəbər verir ki, yol-nəqliyyat hadisəsi Daşkənd küçəsində baş verib.
Məlum olub ki, əvvəlcə “Hyundai” və “Toyota” markalı avtomobillər toqquşub, daha sonra isə “Toyota” markalı avtomobilin sürücüsü sükanın idarəetməsini itirərək yolun kənarında dayanan qadını vurub.
Hadisə yerinə polis və təcili yardım briqadası cəlb edilib.
Xəsarət almış qadın klinikaya aparılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə araşdırma aparılır.
