25-27 sentyabr tarixlərində Gürcüstanda gözlənilən hava şəraiti açıqlandı
25-27 sentyabr tarixlərində Gürcüstanda gözlənilən hava şəraiti açıqlanıb.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Onların sözlərinə görə, sentyabrın 25-i gecə yarısına kimi Gürcüstanın bəzi rayonlarında şimşək çaxacaq, qısamüddətli yağış davam edəcək, Şərqi Gürcüstanın bəzi yerlərində dolu müşahidə oluna bilər. Növbəti günlərdə havanın isti və əsasən yağmursuz keçəcəyi gözlənilir.
Paytaxt Tbilisidə sentyabrın 25-də qısamüddətli yağış yağacağı, sentyabrın 26-27-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +25, +27 dərəcə təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): sentyabrın 25-də şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, sentyabrın 26-27-də havanın isti və yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +25, +27 dərəcə təşkil edəcək. Qori-Surami yolu hissəsində güclü şərq küləyi əsəcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistskaro): bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Sentyabrın 25-26-da qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərdə dolu düşəcəyi, sentyabrın 27-də havanın isti, yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +24, +26 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): sentyabrın 25-26-da qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, sentyabrın 27-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +18, +20 dərəcə təşkil edəcək.