InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze paytaxt hökumətinin iclasında bildirib.
“Oktyabrın 1-də görkəmli və uğurlu müğənnilərdən biri, gürcü dinləyicilərinin çox sevdiyi Bruno Mars “Dinamo Arena”da öz qrupu ilə dinləyicilər qarşısında çıxış edəcək. Nə yaxşı ki, bu hadisə “Tbilisoba” bayramına təsadüf edir. “Staring Georgia” konsertində olduğu kimi, indi də qərara gəldik ki, konkret marşrutlar üzrə avtobusların fəaliyyətini konsert gecəsi saat 2-yə qədər uzadaq. Bu marşrutlar 306, 308, 311, 315, 320, 327, 381, 386, 384-dür”, - Kaladze bildirib.
