29 
Sen
2023
10:41
894

Oğul atasını başından güllələyərək öldürdü, daha sonra isə...

Şida Kartlidə qətl hadisəsi baş verib. Oğul atasını öldürüb. Təqsirləndirilən şəxs artıq polis tərəfindən saxlanılıb.

InterPress.ge xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Qurumdan verilən məlumata görə, Şida Kartli Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri  nəticəsində ailə üzvünü qəsdən öldürmək ittihamı ilə 1995-ci il təvəllüdlü A.İ.-ni saxlayıblar.

“Cinayət 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır. İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Qori bələdiyyəsinin kəndlərindən birində ov tüfəngi ilə atası, 1956-cı il təvəllüdlü U.İ.-yə başından ölümcül xəsarətlər yetirib, bundan sonra cinayəti ört-basdır etmək məqsədilə meyiti Tbilisidəki bağ evlərindən birinə aparıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi isti izlərlə saxlayıblar. Polis cinayət silahını - ov tüfəngini sübut kimi götürüb. 

Ailə üzvünün qəsdən öldürülməsi faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 11 Prima 109-cu maddəsi ilə aparılır”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər