Almaniyanın deportasiya ilə bağlı elan etdiyi yeni məhdudiyyətlər qüvvəyə minib.
InterPress.ge xəbər verir ki, məlumata görə, Berlin Gürcüstan hökuməti ilə razılaşaraq sürətli deportasiya mexanizmini işə salıb.
Məlumata görə, bu gün 50-yə yaxın Gürcüstan vətəndaşı çarter reysi ilə Gürcüstana qaytarılıb.
Daha yaxşı həyat ümidi ilə Almaniyaya gedən digər vətəndaşlar indi hər gün deportasiya olunmağı gözləyirlər.
Artıq Almaniyada polis reydlərinin sistemli şəkildə davam edəcəyi bildirilib.
