08 
Okt
2023
11:39
396

İlham Əliyev Gürcüstanda işgüzar səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanda işgüzar səfərdədir. 

InterPress.ge xəbər verir ki, Baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri – Levan Davitaşvili, Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri – Zurab Pataridze və Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri – Faiq Quliyev Azərbaycan Respublikasının Prezidentini Şota Rustaveli Tbilisi Beynəlxalq Hava Limanında qarşılayıblar.

Səfər çərçivəsində İrakli Ğaribaşvili ilə İlham Əliyev arasında təkbətək görüşü nəzərdə tutulub, bundan sonra Gürcüstanın Baş naziri və Azərbaycan Respublikasının Prezidenti mətbuata birgə bəyanatlarla çıxış edəcəklər.

İlham Əliyev Gürcüstana nümayəndə heyəti ilə səfər edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər