Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

İrakli Ğaribaşvili: "Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır, görkəmli dost dövlətdir"

322
İrakli Ğaribaşvili: "Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır, görkəmli dost dövlətdir"
Dinləmək üçün basın

"Mən sizin səfərinizə şadam, cənab Prezident, biz tez-tez səfərlərin təşkili ənənəsini uğurla davam etdiririk, mən bir neçə ay əvvəl Azərbaycanda olmuşam, siz keçən il Gürcüstanda olmusunuz və şadam ki, belə tez-tez…

"Mən sizin səfərinizə şadam, cənab Prezident, biz tez-tez səfərlərin təşkili ənənəsini uğurla davam etdiririk, mən bir neçə ay əvvəl Azərbaycanda olmuşam, siz keçən il Gürcüstanda olmusunuz və şadam ki, belə tez-tez səfərlər olur və buna görə çox minnətdaram".

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Ğaribaşvilinin sözlərinə görə, onun növbəti səfəri Azərbaycana olacaq.

“Növbəti səfər yəqin ki, bir neçə aydan sonra mənim tərəfimdən olacaq. Səmərəli, xoş görüşümüz oldu, aramızda olan strateji əməkdaşlıq məsələlərini nəzərdən keçirdik, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır, bizi çoxəsrlik mehriban qonşuluq və dostluq münasibətləri ilə bağlayan görkəmli dost dövlətdir. Xalqlarımız arasında bu dostluq davam edir və bu dostluğun, qardaşlığın möhkəmlənməsində cənab İlhamın əməyi çox böyükdür”, - Ğaribaşvili bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →