14 yaşlı Aytac Şahmarovanı qətlə yetirən Alim Sadiqov saxlanıldı
Kaxetidə 14 yaşlı qızı qətlə yetirməkdə ittiham olunan 27 yaşlı oğlan saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.
“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Saqareco Bələdiyyəsinin kəndlərindən birində 2009-cu il təvəllüdlü A.Ş.-ni ölümcül yaralayıb.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları A.S.-ni təqsirləndirilən şəxs qismində saxlayıblar.
Polis cinayət silahını - odlu silahı sübut kimi götürüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 11 Prima 109, 143 və 236-cı maddələri ilə davam etdirilir, bu maddələr yetkinlik yaşına çatmayan şəxsin qanunsuz olaraq azadlıqdan mərhum edilməsi, ailə üzvünün qəsdən öldürülməsi və qanunsuz olaraq odlu silah saxlamağı nəzərdə tutur.
Burada qeyd edirik ki, Kvemo Kartli Polis Departamentində A.Ş-nin mümkün nikaha məcbur edilməsi faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 11 Prima 150-ci maddəsi ilə araşdırma aparılır. Faktla bağlı bütün zəruri istintaq və prosessual tədbirlər aparılır", - Daxili İşlər Nazirliyi qeyd edib.
Cinayəti törədən şəxsi 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.


