Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Qətlə yetirilən 14 yaşlı qızın anası və qohumu barəsində həbs qətimkan tədbiri seçilib

1,137
Qətlə yetirilən 14 yaşlı qızın anası və qohumu barəsində həbs qətimkan tədbiri seçilib
Dinləmək üçün basın

Rustavi Şəhər Məhkəməsi tərəfindən qətlə yetirilən qızın anası və qohumuna qarşı 14 yaşlı qızı zorla ərə vermə və cinayət barədə xəbər verməmə işi üzrə həbs qətimkan tədbiri seçilib.

Rustavi Şəhər Məhkəməsi  tərəfindən qətlə yetirilən qızın anası və qohumuna qarşı 14 yaşlı qızı zorla ərə vermə və cinayət barədə xəbər verməmə işi üzrə həbs qətimkan tədbiri seçilib.

InterPress.ge xəbər verir ki, hakim Madonna Maisuradze qərarı bir neçə dəqiqə əvvəl elan edib.

İttiham tərəfi olan prokurorluq təqsirləndirilən şəxslər barəsəsində həbs qətimkan tədbiri seçilməsini istəyib və məhkəmə onu təmin edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları oktyabrın 11-də hakimin hökmü əsasında zərərçəkmişin qohumunu saxlayıb.

Prokurorluq cinayəti törədən hər iki şəxsi əvvəlcədən bilə-bilə yetkinlik yaşına çatmayan uşağı nikaha məcbur etmə və cinayət barədə xəbər verməmə faktlarında ittiham edib.

Bundan başqa, məlum olduğu kimi, 14 yaşlı azyaşlını qəsdən öldürməkdə təqsirləndirilən şəxs saxlanııb. O, Gürcüstan Cinayət Məcəlləsinin  16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutan 143-cü maddənin 3-cü hissəsinin “D” yarımbəndi (Yetkinlik yaşına çatmayanı qabaqcadan tanıyan cinayətkarı qanunsuz olaraq azadlıqdan məhrum etmə) ilə ittiham olunub. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →