14 
Okt
2023
12:42
378

Tbilisidə Azərbaycanın Müstəqilliyinin Bərpası günü ilə əlaqədar konsert keçiriləcək

Tbilisidə Azərbaycanın Müstəqilliyinin Bərpası günü ilə əlaqədar konsert keçiriləcək.

InterPress.ge xəbər verir ki, konsert ‘‘ALYANS'" Gənclər Mərkəzinin, Xan Şuşinski Fondunun təşəbbüsü, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı, Gürcüstan Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutacaq.

Konsertdə əməkdar artist Nərgiz Kərimova, Əminə Zülfüqarova, Niigar Həsənova, Gülsüm Xəlilova ifa edəcəklər. Həmçinin “Ceyran” rəqs ansamblının təqdimatı baş tutacaq.

Qeyd edək ki, konsertə giriş ödənişsizdir.

 

Bizimlə əlaqə saxlayın