Rustavidə Tiktokda təhdidlərə görə bir nəfər tutulub.
InterPress.ge-nin xəbərinə görə, XX mikrorayonda yaşayan 35 yaşlı qadın Tiktok sosial şəbəkəsində 40 yaşlarında keçmiş əri tərəfindən hədələnib.
Qadının dediyinə görə, keçmiş əri onu sosial şəbəkələrdə öldürməklə hədələyib.
Faktdan hüquq-mühafizə orqanlarının əməkdaşları xəbər tutublar. Polis qadının keçmiş ərini saxlayıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
