17 
Okt
2023
11:07
390

9 ayda Azərbaycan Gürcüstana 1,7 milyard kubmetr qaz verib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın xaricə satdığı qazın həcmi 17,8 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 9% çoxdur.

InterPress.ge xəbər verir ki, Azərbaycan KİV-i ölkənin Energetika Nazirliyinin məlumatlarına əsaslanaraq yazır ki, hesabat dövründə Avropaya 8,6 milyard kubmetr, Türkiyəyə 7,5 milyard kubmetr qaz, Gürcüstana isə 1,7 milyard kubmetr qaz satılıb.

Bu müddət ərzində TANAP vasitəsilə Türkiyəyə 4,3 milyard kubmetr qaz tədarük edilib.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara verilən andan bu ilin oktyabr ayınadək “Azəri-Çıraq-Günəşli” yatağından 213 milyard kubmetr, “Şahdəniz” yatağından isə 202,5 milyard kubmetr qaz hasil edilib. 

Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən 143 milyard kubmetr qaz ixrac edilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər