Azərbaycan Türkiyə ilə birgə taktiki təlimlər keçirəcək.
InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat ayıb.
Məlumata görə, Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunmuş taktiki təlimlərdə iştirak edən Türkiyə ordusunun şəxsi heyəti və aviasiyası artıq Azərbaycana gəlib.
"Qeyd edək ki, oktyabrın 23-25-də Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və işğaldan azad edilmiş ərazilər də daxil olmaqla bir neçə istiqamətdə birgə taktiki təlimlərin keçirilməsi planlaşdırılır", - Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.
