İstehlak kreditlərinin müddətinin artıb-artmayacağı bu gün məlum olacaq
Bu gün, oktyabrın 18-də Gürcüstan Milli Bankının prezidenti vəzifəsini icra edən Natia Turnava Maliyyə Sabitliyi Komitəsinin qərarı ilə bağlı ictimaiyyətə məlumat verəcək.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Bank məlumat yayıb.
Onların məlumatına görə, mətbuat konfransında media nümayəndələri Milli Bankın prezidenti səlahiyyətlərini icra edən Natia Turnavaya sual vermək imkanı əldə edəcəklər.
"Milli Bankın rəsmi internet səhifəsində və Facebook-da canlı yayım saat 12:00-da başlayacaq. Maliyyə Sabitliyi Komitəsi rübdə bir dəfə toplanır və makroprudensial siyasətlə bağlı qərar qəbul edir", - məlumatda deyilir.
Buna uyğun olaraq Milli Bankın istehlak kreditlərinin müddətini artırıb artırmayacağı bu gün məlum olacaq. Xatırladaq ki, 2 gün əvvəl Natia Turnava bank sektorunun nümayəndələri ilə görüşüb və orada kreditlərin ödəmə müddəti ilə bağlı məsələni də müzakirə ediblər.
Məlumat üçün bildirək ki, 2022-ci ilin avqustunda girovsuz istehlak kreditlərinin maksimum ödəmə müddəti 3 ilə endirilib.
Xatırladırıq ki, Maliyyə Sabitliyi Komitəsinin iclası sentyabrın 27-də keçirilməli idi, lakin sonra iclas bir neçə həftə təxirə salınmışdı.


