18 
Okt
2023
15:31
1110

2024-cü ildən etibarən kreditlərin verilməsində dəyişikliklər olacaq

Yeni ildən yeni kredit götürmək istəyən və ümumi kredit borcu 300 000 lariyə qədər olan fiziki şəxslər yalnız gəlirləri olan valyutada kredit götürmək imkanı əldə edə biləcəklər.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Bankın prezidenti vəzifəsini icra edən Natia Turnava məlumat verib.

"Yəni lari ilə gəliri olan hər kəs lari ilə kredit götürəcək. Bu, onun kredit riskləri, faiz və valyuta riskləri qarşısında həssaslığını azaldacaq", - Turnava bildirib.

“Milli Bank maliyyə dollarlaşmasının yüksək səviyyəsinin yaratdığı struktur risklərinin azaldılması istiqamətində fəaliyyətini fəal şəkildə davam etdirir. Milli Bank tərəfindən həyata keçirilən tədbirlər fonunda dollarlaşma əhəmiyyətli dərəcədə azalıb, baxmayaraq ki, sonuncu və əlaqəli struktur riskləri maliyyə sektoru üçün əsas problemlərdən biri olaraq qalır. Xarici valyutada olan, əsasən dəyişkən faizli kreditlər faiz və məzənnə riskləri ilə müşayiət olunur", - deyə bildirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər