Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Prezident Salome Zurabişviliyə qarşı cinayət işi açıla bilər

500
Prezident Salome Zurabişviliyə qarşı cinayət işi açıla bilər
Dinləmək üçün basın

Gürcüstan Prezidenti Salome Zurabişvili Konstitusiyanı pozub və onun sonrakı hərəkətlərində cinayət əlamətləri aşkarlanarsa, istintaq başlayacaq.

Gürcüstan Prezidenti Salome Zurabişvili Konstitusiyanı pozub və onun sonrakı hərəkətlərində cinayət əlamətləri aşkarlanarsa, istintaq başlayacaq.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın ədliyyə naziri Rati Breqadze jurnalistin prezidentə qarşı cinayət işinin başlanmasının mümkünlüyü ilə bağlı sualını cavablandırarkən bildirib.

“Ümumiyyətlə, cinayət törədilibsə, təbii ki, istintaq başlaya bilər. Konstitusiya Məhkəməsi prezidentin Gürcüstan Konstitusiyasını pozması ilə bağlı qərar qəbul edib. Dövlət başçısının Konstitusiyanı pozmasının müəyyən edilməsi faktı şəxsən ədliyyə naziri kimi mənim üçün çox kədərlidir”, - Rati Breqadze vurğulayıb.

Onun sözlərinə görə, cinayət işinin başlanması ilə bağlı digər təfərrüatları prokurorluq dəqiqləşdirməlidir.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bir müddət əvvəl bəyan etmişdi ki, Salome Zurabişvili hökumətin razılığı olmadan xarici səfərləri davam etdirərək konstitusiyanı pozarsa, özünü qanundan kənarda qoyacaq.

“Xalqın Gücü” ictimai hərəkatının liderlərindən biri, deputat Quram Maçaraşvilinin sözlərinə görə, prezident Konstitusiya Məhkəməsinin qərarına tabe olmasa, o, cinayət məsuliyyətinə cəlb olunacaq.

Qeyd edək ki, oktyabrın 18-də Salome Zurabişvilinin Gürcüstan prezidenti vəzifəsindən kənarlaşdırılması məsələsini cəmi 86 deputat (100 deputatın səsi həlledicidir - red) dəstəkləyib. Bununla da impiçment baş tutmayıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →