Macarıstan Aİ fondundan Ukraynaya yardım paketinin ayrılmasını dəstəkləməyib
Macarıstan Avropa Sülh Fondundan Ukraynaya 500 milyon avro dəyərində daha bir yardım paketinin köçürülməsini dəstəkləməyib.
InterPress.ge xəbər verir ki, bu barədə Azadlıq” radiosunun Brüssel bürosunun jurnalisti Rikard Jozwiak bildirib.
Jozwiak-ın sözlərinə görə, Avropa Sülh Fondundan Ukraynaya yardım üçün 500 milyon avro ayrılması ilə bağlı razılaşma Macarıstanın mövqeyinə görə əldə oluna bilməyib.
Macarıstan daha əvvəl Ukraynanın Macarıstan bankı OTP-ni müharibə sponsorları siyahısına daxil etdiyini əsas gətirərək, Ukraynaya yardım üçün vəsait ayrılması ilə bağlı bu razılaşmanı əngəlləyib.
"Macarıstan OTP Bankı Rusiyada fəaliyyətini davam etdirən şirkətlərin qara siyahısından çıxarılıb, lakin Budapeşt bu qərarın daimi olmasını təmin etmək üçün hüquqi təminat istəyir", - Jozwiak öz Twitter səhifəsində qeyd edib.


