Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Qara dənizdə bərə hərəkəti aktivləşdiriləcək

758
Qara dənizdə bərə hərəkəti aktivləşdiriləcək
Dinləmək üçün basın

"2022-ci ilin dekabrında Buxarestdə Gürcüstan, Azərbaycan, Macarıstan və Rumıniya liderləri tərəfindən imzalanmış strateji saziş enerji tərəfdaşlığı üçün möhkəm zəmin yaradıb və Dünya Bankı artıq bunu iqtisadi cəhətdən…

"2022-ci ilin dekabrında Buxarestdə Gürcüstan, Azərbaycan, Macarıstan və Rumıniya liderləri tərəfindən imzalanmış strateji saziş enerji tərəfdaşlığı üçün möhkəm zəmin yaradıb və Dünya Bankı artıq bunu iqtisadi cəhətdən sərfəli saziş hesab edir".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili “Tbilisi İpək Yolu Forumu”nda çıxışı zamanı bildirib.

Baş nazirin sözlərinə görə,  2024-cü ildə layihənin tam texniki-iqtisadi tədqiqi aparılacaq, həmçinin sualtı elektrik kabelinə paralel olaraq fiber optik kabel də Cənub-Şərqi Avropanı Cənubi Qafqazla birbaşa birləşdirəcək, Gürcüstan vətəndaşları isə artıq daha sürətli və sabit internetə çıxış əldə edəcəklər.

“Bundan başqa, Qara dənizdə bərə hərəkəti aktivləşdiriləcək ki, bu da Gürcüstanı Rumıniya və Bolqarıstanla birləşdirəcək və xüsusən də orta dəhliz boyu beynəlxalq daşımaları gücləndirəcək. Həmçinin Qara dənizdə nəqliyyat marşrutlarının rəqəmsallaşdırılması bu dəhlizin inkişafı üçün növbəti addımdır”, - Baş nazir bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →