28 
Okt
2023
20:12
329

Cozef Borell: “ Qəzza zolağında humanitar yardıma çıxış imkanı yaratmaq üçün təcili olaraq hərbi əməliyyatların dayandırılması lazımdır“

"Qəzza zolağında hərbi əməliyyatların dayandırılması təcili olaraq humanitar yardımların əldə edilməsinə imkan yaratmaq üçün lazımdır"

InterPress.ge xəbər verir ki, bu barədə Aİ-nin ali nümayəndəsi Cozef Borrell şəxsi Twitter səhifəsində paylaşım edib.

“Kütləvi bombardmanlar davam edərkən Qəzza tamamilə qaraldı və təcrid olundu. Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi bizi Qəzza əhalisinin işıqsız, qidasız və ya susuz çıxılmaz vəziyyəti ilə bağlı xəbərdar edir. Çoxlu sayda mülki şəxs, o cümlədən uşaqlar öldürüldü. Bu, beynəlxalq humanitar hüquqa ziddir. Humanitar yardıma çıxış imkanı yaratmaq üçün təcili olaraq hərbi əməliyyatların dayandırılması lazımdır. Biz mülki əhaliyə qarşı bütün hücumları, o cümlədən İsrailə qarşı ayrı-seçkilik olmadan raket hücumlarının davamını pisləyirik və bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edirik”, - Borrell yazıb.

Bizimlə əlaqə saxlayın