03 
Nybr
2023
13:30
309

Rəcəb Tayyib Ərdoğan: "Fələstində misli görünməmiş insan faciəsi baş verir"

Türkiyə Fələstin-İsrail münaqişəsinin həlli üçün yeni təhlükəsizlik mexanizmi üzərində işləyir.

InterPress.ge xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada Türk Dövlətləri Təşkilatının sammitində çıxışı zamanı bildirib.

“Mədəniyyətimiz bizə əlimizi məzlumun nəbzinə qoymağı tövsiyə edir. Fələstində misli görünməmiş insan faciəsi baş verir, xəstəxanalar, məktəblər bombalanır”, - Ərdoğan bildirib.

Onun sözlərinə görə, Qəzzada törədilən vəhşilikləri sözlə ifadə etmək mümkün deyil.

“Bu qəddarlığı təsvir etməyə uyğun söz yoxdur. 28 gündür ki, insanlığa qarşı cinayətlər davam edir. Türkiyə prinsipial mövqe tutub, biz mülki əhaliyə qarşı heç bir hərəkətin tərəfdarı deyilik. Biz hər kəsin təhlükəsizliyini təmin etmək üçün yeni mexanizmlər üzərində işləyirik. Türk dünyasının birgə addımları əvvəlcə atəşkəsə, sonra sülhə töhfə verəcək”, - deyə Türkiyə lideri bildirib.

Bizimlə əlaqə saxlayın