"İqtisadiyyat Nazirliyinə hava limanlarının tikintisi üçün əlavə 70 milyon lari vəsait ayrılıb".
InterPress.ge xəbər verir ki, bu barədə İrakli Qaribaşvili hökumətin bu gün keçirilən iclasında bildirib.
Onun sözlərinə görə, 2024-cü ildə əlavə büdcə Kutaisi, Telavi və Vaziani hava limanlarının inkişafına yönəldiləcək.
“Söhbət Kutaisi hava limanının, Telavi hava limanının və Vaziani hava limanının yeni uçuş-enmə zolağının dizaynının, o cümlədən tədqiqatların başa çatdırılmasından gedir”. - Baş nazir qeyd edib.
