03 
Nybr
2023
19:38
375

Benyamin Netanyahu: “İsrail bütün girovlar azad edilənə qədər müvəqqəti atəşkəsə qarşıdır”

İsrailin baş nazirinin sözlərinə görə, İsrail bütün girovlar azad edilənə qədər müvəqqəti atəşkəsə qarşıdır.

InterPress.ge xəbər verir ki, o, bu barədə  televiziyada çıxışı zamanı bildirib.

“İsrail bütün girovlarımızın azad edilməsini nəzərdə tutmayan müvəqqəti atəşkəsə qarşıdır. İsrail Qəzza zolağına yanacaq buraxmır və vəsaitin Qəzza zolağına köçürülməsinə qarşıdır”, - Netanyahu bildirib.

Məlumat üçün bildirək ki, ABŞ-ın dövlət katibi Entoni Blinken keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ və İsrailin Qəzza xəstəxanalarına yanacağın çatdırılması üçün “müəyyən edilmiş mexanizmlər” var.

Bizimlə əlaqə saxlayın