Bu gün Marneulinin Daştəpə kəndində baş vermiş silahlı insidentlə bağlı Gürcüstanın daxili işlər nazirliyi cinayət məcəlləsinin iki maddəsi ilə istintaq başladıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin qəsdən sağlamlığa yüngül xəsarət yetirmə və qanunsuz olaraq odlu silah əldə etmə-saxlama-daşıma - 120 və 236-cı maddələri ilə aparılır.
Xatırladırıq ki, bu gün Daştəpə kənd sakinləri Hümbət Cəlilov ilə Asim Quliyev arasında mübahisə baş verib. Nəticədə tərəflərdən biri odlu silahla həmkəndlisinə xəsarət yetirib.
