AK rəhbəri: “Aİ-yə gedən yolda Ukrayna əla nəticələr əldə edib"
"Avropa İttifaqına gedən yolda Ukrayna əla nəticələr əldə edib"
InterPress.ge xəbət verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.
“Deməliyəm ki, siz əla irəliləyiş əldə etmisiniz. Gələn həftə Avropa Komissiyası genişlənmə ilə bağlı hesabatını təqdim edəndə bunu təsdiq edəcəyik”, - deyə fon der Leyen bildirib.
Avropa Komissiyasının sədrinin sözlərinə görə, Avropa İttifaqı Ukraynanın müharibənin ortasında apardığı islahatlardan heyran olub.
“Unutmamalıyıq ki, siz öz varlığınız üçün mübarizə aparırsınız və eyni zamanda, öz ölkənizdə dərin islahatlar aparırsınız. Siz məhkəmə sistemində islahatlar aparırsınız, oliqarxların təsiri ilə mübarizə aparırsınız, çirkli pulların yuyulması ilə mübarizə aparırsınız...
Bilirəm ki, siz görkəmli islahatları başa çatdırmaq mərhələsindəsiniz. Əgər bu baş verərsə, əminəm ki, o zaman Ukraynanın üzvlük prosesinin növbəti mərhələsinə keçmək kimi iddialı məqsədinə nail olunacaq”, - deyə fon der Leyen bildirib.


