Türkiyənin Adana şəhərində bir qrup ABŞ qüvvələrinin yerləşdiyi İncirlik Hərbi Hava Bazasına hücuma cəhd edib.
InterPress.ge xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Mətbuatın yazdığına görə, hüquq-mühafizə orqanları onlara qarşı bibər qazı və xüsusi vasitələrdən istifadə edib.
Polis qrupları təhlükəsizlik tədbirləri görərək bazanı əhatə edən küçələri bağlayıb.
Etirazçılar İsrailin Qəzzada hərəkətlərinə etiraz ediblər.
