Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

SOCAR-ın Gürcüstan nümayəndəliyində Zəfər Günü qeyd olunub

521
SOCAR-ın Gürcüstan nümayəndəliyində Zəfər Günü qeyd olunub
Dinləmək üçün basın

Bu gün Tbilisidə, SOCAR-ın Gürcüstan nümayəndəliyində 8 Noyabr - Zəfər Günü ilə bağlı tədbir keçirilib.

Bu gün Tbilisidə, SOCAR-ın Gürcüstan nümayəndəliyində 8 Noyabr - Zəfər Günü ilə bağlı tədbir keçirilib.

InterPress.ge xəbər verir ki, tədbirdə Azərbaycan və Türkiyənin Gürcüstandakı səfirləri - Faiq Quliyev və Ali Kaan Orbay, dost ölkələrin hərbi attaşeləri, diplomatlar, Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev, Marneuli şəhərinin meri Kənan Ömərov, Azərbaycan, Gürcüstan və Türkiyənin iş adamları, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi zamanı canlarından keçmiş Gürcüstandan olan şəhidlərin ailə üzvləri və yaxınları, din xadimləri iştirak ediblər.

Əvvəlcə şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub.

Tədbirdə Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı parlaq qələbə barədə danışılıb, bu tarixi nailiyyəti şərtləndirən əsas amillər barədə məlumat verilib.

Tədbirdə həmçinin gürcü məktəblisi Məhəmməd Qasımovun Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr etdiyi "O, bir dahidir" kitabının təqdimatı olub. Daha sonra "Oğul" sənədli filmi nümayiş etdirilib. Bildirilib ki, Birinci Qarabağ müharibəsindən, xüsusilə Xocalı soyqırımından bəhs edən bu film xarici ölkələrdə ilk dəfə Gürcüstanda nümayiş etdirilib.

report 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →