Gürcüstanın baş naziri İrakli Qaribaşvili Fransa prezidenti Emmanuel Makronun dəvəti ilə Fransaya işgüzar səfərə gedib.
InterPress.ge xəbər verir ki, bu barədə Hökumət administrasiyası məlumat yayır.
Məlumata görə, hökumət başçısı dünya liderləri ilə birlikdə Paris Sülh Forumunda iştirak edəcək.
İşgüzar səfər çərçivəsində baş nazir yüksək səviyyəli görüşlər keçirəcək.
.jpeg)