Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Netanyahu Qərbi İsraili dəstəkləməyə çağırıb

313
Netanyahu Qərbi İsraili dəstəkləməyə çağırıb
Dinləmək üçün basın

İsrailin Baş naziri Benyamin Netanyahu Qərb ölkələrini Qəzzada atəşkəsdən imtinaya, eləcə də HƏMAS-ın tamamilə məhv edilməsinə dəstək verməyə çağırıb.

İsrailin Baş naziri Benyamin Netanyahu Qərb ölkələrini Qəzzada atəşkəsdən imtinaya, eləcə də HƏMAS-ın tamamilə məhv edilməsinə dəstək verməyə çağırıb.

Bu barədə InterPress.ge xarici mətbuata istinadən xəbər verir.

O, bəzi ölkələrdə "liderlərə atəşkəs üçün təzyiq edənlərin olduğunu vurğulayıb: "Təzyiqlərə təslim olmayın. Bizim müharibə sizin müharibənizdir. İsrail özü və bütün dünya üçün qələbə qazanmalıdır".

“Ordumuza qarşı heç bir beynəlxalq təzyiq, heç bir saxta ittiham İsrailin özünü müdafiə etmək israrına təsir etməyəcək. İsrail lazım gəlsə, bütün dünyaya qarşı möhkəm dayanacaq”, - Netanyahu vurğulayıb.

Onun sözlərinə görə, ölkə hərbçiləri anklavın İsrailə qarşı terror hücumları həyata keçirməsinin qarşısını almaq üçün lazım olduğu müddətdə Qəzzada qalacaq.

"HƏMAS hərbsizləşdiriləcək. İsrail artıq Qəzza zolağı tərəfindən təhdid olunmayacaq və bunu təmin etmək üçün Müdafiə Qüvvələri oradan terrorun qarşısını almaq üçün lazım olan müddət ərzində Qəzzanın təhlükəsizliyinə nəzarət edəcək", - hökumət başçısı bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →