Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Marneulidə Heydər Əliyevin 100 illik yubileyi münasibətilə konsert keçirilib

500
Marneulidə Heydər Əliyevin 100 illik yubileyi münasibətilə konsert keçirilib
Dinləmək üçün basın

Marneulidə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə konsert keçirilib.

Marneulidə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə konsert keçirilib.

InterPress.ge xəbər verir ki, konsert Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Mərkəzin icraçı direktoru Murad Muradov çıxış edərək Ulu Öndərin həyat və fəaliyyəti barədə ətraflı məlumat verib. Ümummilli Liderin gürcü xalqına və Gürcüstanda yaşayan soydaşlarımıza hər zaman diqqət və qayğı göstərdiyini bəyan edib.

Diasporla İş üzrə Dövlər Komitəsinin şöbə müdiri Vüsal Məmmədov çıxış edərək dünya şöhrətli siyasi xadim, dahi şəxsiyyət Heydər Əliyevin siyasi iradəsi və qətiyyəti nəticəsində həyata keçirilən irimiqyaslı layihələrin əhəmiyyəti barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi nəticəsində iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Məmmədov bildirib ki, noyabrın 12-i Azərbaycanda həm də Konstitusiya Günüdür. Azərbaycanın əsas Ana qanunun hazırlanmasında Ümummilli Liderin rolunu xüsusi qeyd edən şöbə müdiri konsertin məhz bu gün keçirilməsinin də təsadüfi olmadığını bildirib.

O deyib ki, Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərir. Bugünkü konsert də həmin qayğının nümunəsidir.

Sonra Azərbaycandan gəlmiş incəsənət ustaları, Muğam müsabiqəsinin laureatı Ayşən Mehdiyeva "Qarabağ", "Neynim", "Nə mutlu türküm deyənə", Tbilisidə yaşayan soydaşımız tarzən Rasim Pirməmmədov "Ay Laçın", "Qarabağ", Azərbaycan Respublikası Müdafiə Nazirliyinin solisti Fəxri Kazım Nicat "Azərbaycan", Gürcüstanda yaşayan müğənni Şaban Məmmədov "Sarı gəlin", aşıq Nargilə "Aşıq havası" və Gürcüstan Azərbaycanlılarının rəqs ansamblı maraqlı konsert proqramı ilə çıxış ediblər.

Konsert proqramını Marneuli rayon ictimaiyyətinin nümayəndələri ilə yanaşı, paytaxt Tbilisidən, Bolnisi, Qardabani və Rustavidən gəlmiş insanlar izləyiblər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →