Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

2024-cü il büdcəsində meşə təsərrüfatı sistemlərinin idarə olunması üçün 35 milyon lari nəzərdə tutulub

609
2024-cü il büdcəsində meşə təsərrüfatı sistemlərinin idarə olunması üçün 35 milyon lari nəzərdə tutulub
Dinləmək üçün basın

Maliyyə naziri Laşa Xuçişvili 2024-cü il büdcə layihəsinin yenidən işlənmiş variantını təqdim edərkən diqqəti ətraf mühitin mühafizəsi istiqamətinin maliyyələşdirilməsinə yönəldib. Onun sözlərinə görə, 2024-cü ildə…

Maliyyə naziri Laşa Xuçişvili 2024-cü il büdcə layihəsinin yenidən işlənmiş variantını təqdim edərkən diqqəti ətraf mühitin mühafizəsi istiqamətinin maliyyələşdirilməsinə yönəldib. Onun sözlərinə görə, 2024-cü ildə ətraf mühitin mühafizəsinə 650 milyon lari, o cümlədən bələdiyyələrin ekoloji proqramları üçün 450 milyon lari xərclənəcək.

InterPress.ge xəbər verir ki, sözügedən maliyyələşdirmə çərçivəsində bunlar nəzərdə tutulub:

• Milli Ətraf Mühit Agentliyinin büdcəsinin maliyyələşdirilməsinin üç dəfə artırılması;

 • Erkən xəbərdarlıq və profilaktika potensialının gücləndirilməsi planlaşdırılır. Bunun çərçivəsində əlavə meteoroloji stansiyaların alınması və quraşdırılması; buzlaq dərələrində mümkün hidrometeoroloji və geoloji təhlükələrin təfərrüatlı qiymətləndirilməsi və ölkə ərazisində iri sürüşmə sahələrinin geoloji tədqiqi və müasir monitorinq sisteminin quraşdırılması (24 milyon lari) nəzərdə tutulur;

• Ekoloji nəzarət tədbirlərinin maliyyələşdirilməsi - 29 milyon lari;

 • Meşə təsərrüfatı sistemlərinin idarə olunması üçün - 35 milyon lari;

 • Mühafizə olunan ərazilərin idarə olunması üçün - 20 milyon lari;

 • Bərk tullantıların idarə olunması üçün - 88 milyon lari.

 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →