17 
Nybr
2023
18:14
1064

Prokurorluq Dmanisidə baş vermiş qəsdən adam öldürmə faktı ilə 15 yaşlı yeniyetməyə qarşı ittiham irəli sürüb

Dmanisi bələdiyyəsində baş vermiş qəsdən adam öldürmə faktı ilə bağlı azyaşlıya qarşı ittiham irəli sürülüb.

InterPress.ge xəbər verir ki, bu barədə Prokurorluq məlumat yayıb.

“Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, noyabrın 15-də Dmanisi bələdiyyəsinin Hamamlı kəndində təqsirləndirilən şəxs həmkəndlisinin döş qəfəsi nahiyəsindən həyati təhlükəsi olan xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Zərərçəkmiş yerindəcə ölüb”, - deyə nazirliyin məlumatında bildirilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları azyaşlı müttəhimi noyabrın 16-da  saxlayıb. O, Gürcüstan Cinayət Məcəlləsinin 10 ildən 15 ilədək həbsi nəzərdə tutan 108-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi müddətinin uzadılması barədə vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edir. Faktla bağlı istintaq davam edir.

Bizimlə əlaqə saxlayın