
Əri tərəfindən öldürülən 14 yaşlı Aytac Şahmarovanın anası həbsxanada intihara cəhd edib
Əri tərəfindən öldürülən 14 yaşlı Aytac Şahmarovanın anası həbsxanada elektrik naqilləri ilə intihara cəhd edib.
InterPress.ge xəbər verir ki, bu barədə vəkil məlumat verib.
“Gülməlidir... bizə deyirlər ki, intihara cəhd edib, elə bil tibbi sənədlərdə bu yazılmalıdır. Həbsxana rəhbərliyinə məlumat verilib ki, o, elektrik cərəyanına qoşularaq intihara cəhd edib və həbsxana işçiləri bunu görüb enerji mənbəyini söndürüblər. Ona yavaş-yavaş sakitləşmək üçün vaxt veriblər və bildiriblər ki, bundan sonra televizora baxmağa icazə verəcəklər”, – vəkil “TV Pirveli” telekanalına müsahibəsində bildirib.
Məlumat üçün bildirək ki, oktyabrın 6-da Saqareco bələdiyyəsinin Ləmbalo kəndində 14 yaşlı Aytac Şahmarova rəsmi nikahda olmayan əri 27 yaşlı Əli Aslanov-Sadıqov tərəfindən odlu silahla qətlə yetirilib.
Qətlə yetirilən qız Dmanisinin Məmişli kəndindən olub.
Oktyabrın 10-da hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışda olan şəxsi saxlayıb.