20 
Nybr
2023
12:45
241

Mixeil Saakaşvilinin məhkəmə prosesi davam edir

Qrup halında külli miqdarda büdcə vəsaitini mənimsəməkdə ittiham olunan eks-prezident Mixeil Saakaşvili ilə Xüsusi Dövlət Mühafizə Xidmətinin keçmiş rəhbəri Teymuraz Canaşiyanın işi üzrə məhkəmə prosesi davam edir.

InterPress.ge xəbər verir ki, Mixeil Saakaşvili, eləcə Teymuraz Canaşiya iclasda uzaqdan iştirak edir.

Bugünkü iclas müdafiə tərəfinin dəlillərinin araşdırılması ilə davam edəcək. Vəkil Beka Basilaia prosesdən əvvəl bildirib ki, onlar Xüsusi Dövlət Mühafizə Xidmətinin keçmiş rəisi Temur Mğebrişvilini şahid qismində çağırıblar, lakin o, rəsmi səbəblərdən iclasa gələ bilməyib.

Basilaiaya görə, Mğebrişvili baş nazirin göstərişlərini yerinə yetirib və onun çəkdiyi xərclər Canaşiyanın çəkdiyi xərclərə bənzəyir.

Prokurorluq təqsirləndirilən şəxsləri külli miqdarda büdcə pulunu - 9 milyon lari mənimsəməkdə ittiham edir.

Bizimlə əlaqə saxlayın