"Gürcü Arzusu" Tea Tsulukianini prezident, Kaladzeni isə Baş nazir postuna hazırlayır? - Kobaxidzedən açıqlama
“Gürcü Arzusu”nun sədri İrakli Kobaxidzenin qeyd etdiyinə görə, Mixeil Saakaşvilinin açıqlamalarına ciddi şərh vermək düzgün deyil.
InterPress.ge xəbər verir ki, Kobaxidze bu barədə jurnalistlərə üçüncü prezident Mixeil Saakaşvilinin “Gürcü Arzusu”nun Tea Tsulukianini prezident, Kaxa Kaladzeni isə baş nazir postuna hazırlaması barədə bəyanatına cavab verərkən deyib.
“Bilmirəm, ümumiyyətlə, Saakaşvili vaxtaşırı öz fantaziyalarını genişləndirməyə, müxtəlif növ tibbi pozğunluqlarının olduğunu sübut etməyə və s. çalışır. Onun açıqlamalarına ciddi şərh vermək düzgün deyil.
O ki qaldı kimin hansı vəzifəyə baxılmasına, münasib vaxt olanda, lazımi vaxtda ictimaiyyətə müvafiq məlumat verəcəyik. Ona görə də Saakaşvili narahat olmamalıdır”, - Kobaxidze bildirib.