Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Prezident: “Avropa bir daha Gürcüstana sarsılmaz dəstək nümayiş etdirdi“

421
Prezident: “Avropa bir daha Gürcüstana sarsılmaz dəstək nümayiş etdirdi“
Dinləmək üçün basın

Gürcüstan prezidenti Salome Zurabişvili Avropa Parlamentinin Tamaz Qinturinin qətli ilə bağlı qətnaməsinin təsdiqlənməsinə cavab verib.

Gürcüstan prezidenti Salome Zurabişvili Avropa Parlamentinin Tamaz Qinturinin qətli ilə bağlı qətnaməsinin təsdiqlənməsinə cavab verib.

InterPress.ge xəbər verir ki, prezident bu fikirləri sosial şəbəkədə qeyd edib.

Salome Zurabişvili Avropanın bir daha Gürcüstana sarsılmaz dəstək nümayiş etdirdiyini yazıb.

"Avropa Gürcüstana sarsılmaz dəstəyini bir daha təsdiqləyir. Tamaz Qinturinin qətli ilə bağlı Avropa Parlamentinin Rusiyanın daimi işğalı altında olan Gürcüstan vətəndaşlarının üzləşdiyi çətinliklərlə mübarizədə beynəlxalq ictimaiyyətin rolunu vurğulayan yekun qətnaməsinə görə minnətdaram”, - Zurabişvili bildirib.

Xatırladırıq ki, gün bu Avropa Parlamenti Gürcüstan vətəndaşı Tamaz Qinturinin Rusiya işğalçı qüvvələri tərəfindən öldürülməsi ilə bağlı qətnaməni təsdiqləyib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →