Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

İrakli Ğaribaşvili: “Gürcüstan və Azərbaycan Orta Dəhlizin təkmilləşdirilməsi üzərində işləyirlər"

398
İrakli Ğaribaşvili: “Gürcüstan və Azərbaycan Orta Dəhlizin təkmilləşdirilməsi üzərində işləyirlər"
Dinləmək üçün basın

“Gürcüstan və Azərbaycan, eləcə də digər tərəfdaşlar Şərqlə Qərb arasında körpü rolunu oynayan Orta Dəhlizin təkmilləşdirilməsi üzərində işləyirlər”.

“Gürcüstan və Azərbaycan, eləcə də digər tərəfdaşlar Şərqlə Qərb arasında körpü rolunu oynayan Orta Dəhlizin təkmilləşdirilməsi üzərində işləyirlər”.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə görüşündə çıxışında deyib.

"Azərbaycan Gürcüstanın çox mühüm iqtisadi tərəfdaşıdır. İki ölkə arasında ticarət dövriyyəsi 16% artıb", - Ğaribaşvili bildirib.

Onun sözlərinə görə, Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi region üçün çox vacibdir: "Gürcüstan yolların tikintisi və hava nəqliyyatının inkişafı layihələrinə sərmayə qoymaq üçün addımlar atıb".

Baş nazir, həmçinin qeyd edib ki, Gürcüstan Azərbaycan və Mərkəzi Asiya regionu ilə tərəfdaşlığın möhkəmləndirilməsində maraqlıdır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →