Gürcüdilli və sektor məktəblərində ana dilinin tədrisinə olan məhdudiyyət aradan qaldırıldı
Gürcüstan Respublikasının təhsil qanunvericiliyinə görə gürcüdilli və ya sektor məktəblərində təhsil alan milli azlıq nümayəndələri üçün ana dili fənninin tədris edilməsi qrupda ancaq 10 nəfərin olduğu təqdirdə mümkün idi. Ancaq Azərbaycan məktəbinin nəzdində gürcü sektorunun açılması üçün 1 nəfərin istəyi kifayət edirdi. Yəni, gürcüdilli məktəblərdə təhsil alan azərbaycanlılar üçün Azərbaycan dili fənninin tədris edilməsi üçün qrupda 10 nəfərin olması tələb edilidi, ancaq azərbaycandilli məktəbin nəzdində gürcü sektorunun açılması üçün tək bir nəfər şagirdin istəyi kifayət idi. Bu diskriminasiya ilə bağlı dəfələrlə təhsil nazirliyinə müraciət etmişdik, eləcə də üzbəüz görüşlərdə də bildirmişdik. Necə ola bilər ki, 1 nəfərin istəyi ilə sektor/bölmə açmaq mümkün olur, ancaq ana dilinin tədrisi üçün 10 nəfərin olması şərti qoyulur. Gürcüstanın Təhsil və Elm nazirliyinin milli kurikuluma etdiyi dəyişikliklərə əsasən artıq bu məhdudiyyət aradan qaldırıldı, ana dilinin tədrisi üçün 10 nəfərin olması məhdudiyyəti artıq yoxdur.
Milləti millət edən onun dilidir. Ana dili bizim öz tarixi torpaqlarımızda var olmağımızın qarantiyasıdır! Azərbaycan dilinin qorunması hər birimizin müqəddəs borcudur.
Müəllif: İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva